Yuxarı

Şirvan sakini turşudan zəhərlənməyib - AQTA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirvan sakini turşudan zəhərlənməyib - AQTA

09:14

Şirvanda badımcan turşusundan zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Axar.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilir ki, aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şirvanda badımcan turşusu qəbul etmiş şəxsin zəhərlənmədən Sumqayıt şəhər xəstəxanasında dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Belə ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası tərəfindən 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyevaya “toksiki şok, dəqiqləşdirilməmiş sepsis, kəskin respirator çatışmazlığı və poliorqan çatışmazlığı” diaqnozu qoyulmuş və bunun nəticəsində müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum olmuşdur.

Bir daha qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir.

Qeyd edək ki, turşudan zəhərlənmiş gəncin Sumqayıt şəhərində xəstəxanada öldüyü barədə məlumat yayılmışdı.

Tarix
2024.02.20 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla