Yuxarı

Sahibkar köşə yazarını evindən çıxarır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibkar köşə yazarını evindən çıxarır - Video

"Sosial Xəbər" İnformasiya Agentliyinin köşə yazarı, şair-jurnalist Namiq Zaman yaşadığı mənzildən çıxarılır.

"Axar.az" məlumat verir ki, Ağdaşda məskunlaşan məcburi köçkün ailəsi qışın soyuğunda küçəyə atılır.

Buna səbəb həmin ərazinin özəlləşdirilməsi olsa da, ailəyə sığınacaq verən yoxdur. Müşfiq Məmmədov adlı sahibkar həmin ərazini özəlləşdirib və bu ailənin ərazidən çıxarılması üçün məhkəməyə müraciət edib. Ağdaş rayon məhkəməsi də ailənin oradan çıxarılmasına dair qərar verib. Bunun əsasında məhkəmə icraçıları da Namiq Zamanovun ailəsini çıxarmaq üçün ora gediblər.

Namiq Zamanov üzləşdiyi haqsızlıqla bağlı mətbuata ünvanladığı şikayət məktubunda yazır:

"Mən – Zamanov Namiq Zaman oğlu, 1995-ci ildən Ağdaş rayonunda müvəqqəti məskunlaşmışam. Yaşayış yerim –keçmiş SSRİ-nin vaxtında fəaliyyət göstərən, sonra isə Dövlət Əmlak Komitəsinin balansında olan Avtomotoservis ərazisində sahəsi 40 kv.m. olan uçulub-sökülmüş köhnə maşın təmiri otağı 2011-ci ildə yerli iş adamı tərəfindən özəlləşdirilib. Həmin iş adamı Məmmədov Ağa Əşrəf oğlu Prezidentimizin fərman və sərəncamlarına, həmçinin Dövlətimizin qaçqın və məcburi köçkünlər haqqında qanununa zidd olaraq, Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi verib, öz maddi imkanına arxalanaraq məni sığındığım yerdən məcburi şəkildə çıxarır. Məhkəmə də mənim buranı tərk etməyimi qət edib. İş icraatdadır. Fevralın 11-də sonuncu gündür. Gəlib bizi çölə tökəcəklər. Təcili buranı tərk etməyimi tələb edirlər. Mənimsə getməyə yerim və imkanım yoxdur. İki azyaşlı uşaq və xəstə yoldaşımla 6-8 dərəcə şaxtada, qarlı-çovğunlu qış günündə küçədə qalmışam. Burada məktəbdə müəllim işləyirəm, övladım da məktəblidir.
Xahiş edirəm, mənə təcili köməklik edib, səsimi aidiyyatı orqanlara və ictimayyətə çatdırasınız!
Hörmətlə: /Zamanov N.Z./

P.S.

Laçın və Ağdaş rayon İcra Hakimiyyətləri iddia edirlər ki, Azərbaycanda Ölkə Prezidentinin imzaladığı 21 may 1999-cu il tarixli, 669-1Q saylı, 1 iyul 2004-cü il tarixli, 298 saylı, Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qanun və Sərəncamları işləmir.Get, öz başına çarə tap! Bu məmurlara nə ad vermək olar?! Dövlətin qanunlarına bu cür yanaşan adamların Dövləti, xalqı təmsil etməyi nə dərəcədə doğrudur?!"

Tarix
2014.02.08 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla