Yuxarı

Azyaşlıya qarşı əxlaqsızlıq edən Hacı, görün, kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azyaşlıya qarşı əxlaqsızlıq edən Hacı, görün, kimdir? - Video

13:46

Xəbər verdiyimiz kimi, azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu haqda istintaq orqanının təqdimatına baxılıb və Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, “ilahiyyatçı” kimi təqdim olunan Hacı Salman Kamiloğlu Qafqaz Müsəlmanları İdarəsində din xadimi kimi qeydiyyatda deyil.

Azərbaycan İlahiyyat İnstitutunun mətbuatla iş üzrə baş mütəxəssisi Ayşən Aslanova da açıqlamasında sözügedən şəxsin təhsil qurumunun əməkdaşı olmadığını bildirib.

Buna baxmayaraq, o, bir müddətdir ki, efirlərdə görünməkdədir.

Onun ilk “parlaması” “Səni axtarıram” verilişi ilə başlayıb. Belə ki, Hacı Salman burada xeyriyyəçi, yardımsevər kimi peyda olub və yardım əlini uzadıb, bu zaman göz yaşlarını da saxlaya bilməyib (Video BURADA).

Bundan sonra Hacı Salmanın müxtəlif tədbirlərdə, xüsusilə təqdimatlarda göründüyü müşahidə edilib. Ötən ilin dekabrında o, “Selected People Awards (Mükafat)” adlı “mükafatlandırılma mərasimində” iştirak və çıxış edib, təbriklərini çatdırıb. O, səhnəyə dəvət edilərkən bu dəfə də “Əhli-Beyt” islam xeyriyyə cəmiyyətinin rəhbəri, ilahiyyatçı və şərqşünas kimi təqdim olunub (Video BURADA).

Bundan başqa, Hacı Salmanın özünün Yutub kanalı da var və o, “əxlaqi-tərbiyəvi” mövzularda xalqı “maarifləndirməklə” məşğul olub.

Xatırladaq ki, Hacı Salmanın azyaşlıya qarşı əxlaqsızlığı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Tarix
2024.06.25 / 21:03
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Pezeşkianın Azərbaycan xalqına təşəkkür etməsi... - Prezident

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla