Yuxarı

Polad Bülbüloğlunun rəqibi bu xanımdır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğlunun rəqibi bu xanımdır - Foto

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Axar.az Yenisabah-a istinadla xəbər verir ki, 79 yaşlı diplomat namizədliyini 124 saylı Şuşa- Ağdam- Xocavənd seçki dairəsindən irəli sürüb. O, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Həmin dairədə hakimiyyətin namizədi Leyla Adil qızı Babışovadır.

Qeyd edək ki, L.Babışova siyasi çevrələrdə bir o qədər də tanınan fiqur deyil. Onun haqda nəinki mətbuatda, hətta sosial şəbəkələrdə də hər hansı ciddi məlumata rast gəlinmir.

2 uşaq anası olan Leyla xanım hazırda YAP-ın Şuşa rayon təşkilatının sədr müavinidir. O, ali təhsillidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

Onun siyasi fəaliyyəti əsasən, hakimiyyətin və üzvü olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərə dair məlumatları paylaşmaqdan ibarətdir.

Müşahidəçilər L.Babışovanın qələbə şansını çox aşağı qiymətləndirirlər. YAP-ın bu dairəni 79 yaşlı xalq artistinə güzəştə gedəcəyi bildirilir.

Tarix
2024.07.25 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla