Yuxarı

Nazir müavininin xanımı vəzifədən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavininin xanımı vəzifədən azad edildi

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.

Axar.az xəbər verir ki, bunu Modern.az-a "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin müdiri Elvin İbrahimov təsdiqləyib.

"Qanunvericiliyə uyğun olaraq, Milli Məclisə növbədənkənar seçkinin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mövcud səlahiyyətlərin icrasına xitam verilir və deputatlıq fəaliyyəti həyata keçirilir. Məlumat üçün bildiririk ki, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkidə deputat seçilməsi ilə əlaqədar olaraq, Nigar Məmmədovanın "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru kimi vəzifəsinin icrasına xitam verilib", - o deyib.

N.Məmmədova 2023-cü ilin 1 sentyabr tarixindən "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

O, parlamentə ilk dəfə seçilən deputatlardandır.

N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.

Tarix
2024.09.24 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla