Yuxarı

Bakıda bu binalara istilik verilməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu binalara istilik verilməyəcək

Bakı şəhəri, metronun "Xalqlar Dostluğu" stansiyası, Bəhruz Nuriyev küçəsi, 23 ünvanında yerləşən binanın sakinləri "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətçidirlər.

Sakinlər bildiriblər ki, binada yerləşən 24 mənzilin sahiblərinin borcu olduğu üçün sözügedən ünvanda yaşayan digərləri də istiliklə təmin edilməyəcəklər. Sakinlər borc məlumatlarının qurum tərəfindən binanın qarşısına asılmasını da doğru hesab etməyiblər.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı borcu olan şəxslərin fərdi qaydada mənzillərində istilik təminatının dayandırılmasının mümkün olmadığını bildirib.

"Bir çox binaların önündə elanlar vurulub, mənzil sahiblərinə xəbərdarlıq edilib ki, borclar ödənilsin. Borclar ödənilməlidir ki, keyfiyyətli istiliklə davamlı təminat həyata keçirilsin. Qeyd edək ki, əgər binanın əksər sakinləri xəbərdarlıqlara əhəmiyyət verməyib uzun müddət ödənişdən yayınırlarsa, belə olan halda müəyyən müddətdən sonra binanın istilik sisteminin işi dayandırılır. Fərdi qaydada mənzillərin istilik təminatının dayandırılması mümkün olmadığına görə ümumi binanın istilik sistemi borclar ödənilənə qədər işləmir".

E.Basqallı vətəndaşların borc məlumatlarının paylaşılması məsələsinə də aydınlıq gətirib:

"Borc məlumatlarının paylaşılmasında məqsəd ondan ibarətdir ki, həmin binanın sakinləri bilməlidirlər ki, niyə onlar istilik ala bilməyəcəklər. Sakinlər borclarını ödəməlidirlər ki, binadakı digər sakinlərin də istiliklə təminatında problem yaşanmasın".

Tarix
2024.11.07 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatdı

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla