Yuxarı

Bu ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Tarix
2024.12.16 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

“Erməni soyqırımı”nı yalnız bu 2 müsəlman ölkəsi tanıyıb

Bayramovla Qallager arasında təkbətək görüş başladı - Foto

İlham Əliyev Paul Riçard Qallageri qəbul etdi

Vergi Məcəlləsindəki dəyişikliklər qəbul edildi

Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır

İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

Əli Əsədov qərar imzaladı

Papikyan Fransaya silah almağa gedir – Rusiyaya “ötürəcək”…

Rusiya Ermənistana nələr ötürüb? – Bordyujadan etiraf

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla