Yuxarı

Bu həftə 7 gün iş olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarla iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Axar.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olduğu üçün bu həftə ardıcıl yeddi gün iş olacaq. 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.

Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.

Tarix
2024.12.23 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

Liderlər İlham Əliyevi təbrik edir

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

İlham Əliyev Roma Papasına məktub göndərdi

Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək

Bu proseslər sülhə ciddi təhdidlər yaradır

Azərbaycanla danışıqlarda səhv etdim - Paşinyan

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Sülh sazişinin gizlədilən hissəsi... - Sensasion iddia

Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla