Yuxarı

Üç Ayfon modeli satışdan erkən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç Ayfon modeli satışdan erkən çıxarıldı

Əpl Avropa Birliyinin yeni qanunvericiliyinə uyğun olaraq Ayfon 14, Ayfon 14 Plus və Ayfon SE (2022) modellərinin Avropadakı rəsmi mağazalardakı satışını dayandırıb. Əslində, bu modellərin satışda qalması 17-ci seriyanın buraxılışına qədər planlaşdırılmışdı.

Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

Qeyd olunan Ayfon modellərində "Lightning" portunun mövcudluğu əsas səbəbdir. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqında yeni qaydalar qüvvəyə minəcək. Bu qaydalara əsasən, istehsalçılar yalnız USB-C portuna malik olan smartfonları satışa çıxara bilərlər.

Əpl artıq USB-C portuna malik iki yeni Ayfon seriyası təqdim edib və aksesuarlarını da yeniləyib. Lakin köhnə modellər hələ satışda idi. Şirkət bu modelləri yeni port ilə təkrar istehsal etməyi planlaşdırmır və sadəcə onların satışını dayandırmağı qərara alıb.

Ayfon modelləri ilə yanaşı, USB-C portuna malik olmayan bəzi "Magic-aksesuarlar" da Avropa bazarından çıxarılıb. Bununla belə, Avropa İttifaqından kənar bazarlarda, məsələn, ABŞ-da Ayfon 14 və SE (2022) modellərinin satışı davam edir. Ekspertlər qeyd edir ki, bu cihazların sayı azaldıqca qiymətləri də yüksələ bilər.

2025-ci ilin yazında USB-C portuna malik yeni Ayfon SE modeli təqdim ediləcək. Bu cihazın Ayfon 14-ün dizaynını mənimsəyəcəyi, lakin Ayfon 16 prosessoru ilə təchiz ediləcəyi gözlənilir.

Payızda isə Afyon 17 seriyası təqdim olunacaq. Şayiələrə görə, bu model xətti son illərin ən maraqlı yeniliklərindən biri olacaq. Xüsusilə, Ayfon 17 Air modeli diqqət mərkəzindədir. Bu modelin ultra nazik dizayna malik olacağı və fiziki SIM kart yuvasının olmayacağı bildirilir.

Tarix
2024.12.31 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla