Yuxarı

Vayfayı olan hər kəsə xəbərdarlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vayfayı olan hər kəsə xəbərdarlıq...

Vayfay şəbəkələrinin geniş istifadəsi, eyni zamanda, təhlükəsizlik məsələlərini də gündəmə gətirir. Bir çox insan evdə, ofisdə və ictimai məkanlarda internetə qoşularkən kiberhücum riski ilə üzləşə bilər. Xüsusilə gecə saatlarında Vayfay şəbəkəsinin aktiv qalması ilə bağlı ortaya çıxan narahatlıqlar geniş müzakirə mövzusudur.

Axar.az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev məsələ ilə bağlı bir sıra nüansları "Yeni Sabah"la bölüşüb:

“Vayfay şəbəkəsi açıq olduqda, xüsusilə zəif şifrələmə və ya standart parol istifadə edilirsə, kiberinayətkarlar bu şəbəkəni hədəfə ala bilərlər. Gecələr istifadə az olduğundan şəbəkə hücum üçün daha asan hədəf ola bilər”.

Ekspert gecə bu riskin niyə daha yüksək ola biləcəyini də açıqlayıb:

“Gecə saatlarında şəbəkə istifadəçiləri aktiv olmadıqda, şübhəli fəaliyyətləri dərhal aşkar etmək çətin ola bilər. Vayfay şəbəkəmiz düzgün konfiqurasiya olunubsa (güclü şifrələmə, dayanıqlı parol və müntəzəm yeniləmələr) gecə onu açıq saxlamaq ciddi risk yaratmır”.

A.Rzayev Vayfay şəbəkələrində kiberhücumdan qorunmaq üçün bəzi tövsiyələr verib:

“Vayfay şəbəkəniz üçün WPA3 (və ya ən azı WPA2) şifrələməsini aktiv edin. WEP kimi köhnə şifrələmə metodlarından, asan tapılan və ya standart parollardan istifadə etməyin. Şəbəkəniz üçün unikal, uzun və mürəkkəb parol təyin edin. SSID (şəbəkə adını) yayımını söndürməklə şəbəkəni gizli edə bilərik. Bu, şəbəkəni hədəfə almağı çətinləşdirə bilər. Yalnız icazə verilmiş cihazların şəbəkəyə qoşulmasına imkan verən MAC ünvan filtirləmə funksiyasını aktiv edə bilərik”.

Tarix
2025.01.26 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla