Yuxarı

Hacıqabuldakı yanğında ADY-yə zərər dəyib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıqabuldakı yanğında ADY-yə zərər dəyib? - Rəsmi

Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

Bu barədə Axar.az Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb. İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.

Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

"Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır. Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib. Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb", - məlumatda vurğulanıb.

Tarix
2025.02.07 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla