Yuxarı

Bu rayonlara qar yağdı, 8 dərəcə şaxta qeydə alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 25-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Xaçmaz və Yardımlıda 2, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm-dək qeydə alınıb.

Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda 9, Qaxda (Sarıbaş) 6, Xınalıqda 4, Xaltanda 3, Qobustanda 2 sm-dir. Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2025.03.25 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp bu adanı işğal edir? - Putindən şok reaksiya

Azərbaycanlı Zelenskinin partiyasında vəzifəyə seçildi

İlham Əliyevin Şuşa səfərindən - Video

İlham ƏIiyev Sarıcalıdan paylaşım etdi - Video

Prezident və kral İlham Əliyevə məktub göndərdi

Zəngəzurla bağlı İrəvanın mövqeyi dəyişibsə, elan etsin

Biz müharibəni vaxtında dayandırdıq - Prezident

Düşmən güclü istehkamlar qurmuşdu... - Prezident

Biz Ağdamı yenidən qururuq və quracağıq - Prezident

Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla