Yuxarı

Xankəndidə iftar çadırları quruldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə "Nargis" Fondu tərəfindən iftar çadırları qurulub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-dək təşkil olunan iftar süfrəsində bölgə sakinləri və ziyarətçilərə müxtəlif təamlar təklif edilir. 3 gün ərzində hər gün qonaqlara yüksək keyfiyyətli iftar menyusu təqdim ediləcək.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilir.

Xankəndi şəhərində "İftar çadırları" layihəsinə təşkilati dəstəyi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verib.

Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

Tarix
2025.03.25 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”?

İshaq Darın Azərbaycanla bağlı tapşırığının səbəbi

Ermənistan MN-dən qəribə bəyanat: Havaya açılan atəş?..

Paşinyan Rubio ilə danışdı: Bakı ilə saziş…

Arakçı İrəvanda dəhlizin adını çəkmədi – Niyə?

Mirzoyanın iddiaları əsassızdır - XİN

Arakçı İrəvanda Paşinyanla görüşdü: Sülh müzakirəsi...

Pakistandan Azərbaycanla bağlı tapşırıq

Tehrandan Bakı və İrəvana sülh çağırışı

İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla