
Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
17:51
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
10:02
Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.
Axar.az Unikal-a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, hadisəni törədən Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.04.07 / 13:43
|
Müəllif
Axar.az
|