Yuxarı

Kafe sahibi ağacları kəsdi: 11,7 min manat cərimə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kafe sahibi ağacları kəsdi: 11,7 min manat cərimə olundu

Nəsimi rayonu, Cavadxan küçəsindəki Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət araşdırılıb.

Axar.az xəbər verir ki, idarənin rəisi Qafar Ağayev araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyini bildirib.

“Bununla təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - İdarə rəisi vurğulayıb.

Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.

Tarix
2025.04.07 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla