Yuxarı

AZAL təyyarəsində həlak olanların xatirəsi əbədiləşdirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin və sərnişinlərin xatirəsi əbədiləşdirilib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan alpinistləri təyyarə qəzasında həlak olan qəhrəmanların adları yazılan anım lövhəsini “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində quraşdırıblar.

Anım lövhəsində ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın adları, həmçinin “Həlak olmuş ekipaj heyəti və sərnişinlərin xatirəsinə” sözləri qeyd olunub.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Tarix
2025.04.14 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

Türk dövlətləri bu sahədə əməkdaşlığı möhkəmləndirməlidir

Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla