Yuxarı

"Talassemiya işi": Məhkəmə havaya görə təxirə salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməsinin mümkün olmadığı məlum olub.

Hakim bildirib ki, şahidlər də məhkəməyə gətirilib. Bunlar Talassemiya Mərkəzini baş həkimi Xuraman Cəfərova və Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımidir. Onlar gəlsələr də, təqsirləndirilən şəxslərin iştirakı təmin olunmadığı üçün onların ifadəsinin alınması mümkün olmayıb.

Hakim deyib ki, təqsirləndirilən şəxslər məhkəməyə hava şəraiti ilə bağlı gətirilməyiblər, buna görə də proses aprelin 23-ə təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq, 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.04.16 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Zəngəzur, Vedi, Dərələyəzə girişi... - Qazaryan

Əli Əsədov bacarmır, Baş nazir vəzifəsi ona tapşırılsın!

Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu

Mirzoyan Bayramovla Antalyadakı görüşündən danışdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq... - Kavelaşvili

Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik

Bu, Azərbaycan və Gürcüstansız mümkün deyil

Kavelaşvili İlham Əliyevi Gürcüstana səfərə dəvət etdi

İrəvan Bakıdan cavab almayıb - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla