Yuxarı

Pul və yol əsasdırsa, bəs Bakı niyə rədd etdi? - Yaycı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli dövlətlər – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan, eyni zamanda müsəlman ölkə Tacikistanın Kipr respublikası ilə diplomatik münasibətlər qurması Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) ciddi narahatlığa səbəb olub.

Axar.az xəbər verir ki, günlərdir məsələ Türkiyə mediasının gündəmindən düşmür.

“Haber Global”da növbəti müzakirə Hilal Özdəmirin aparıcılığı ilə baş tutub. Verilişdə ekspert kimi çıxış edən ehtiyatda olan kontur-admiral Cihad Yaycının mövqeyi isə xüsusilə diqqət çəkib.

O, baş verənləri “türk diplomatiyasının 35 illik nüfuzuna vurulan ağır zərbə” adlandırıb.

Ekspert bildirib ki, bu ölkələr indiyədək nə yunan Kiprini tanıyıb, nə də səfir göndəriblər. İndi isə bu qərarla həm Türkiyənin mövqeyi, həm də türk dünyasının birliyi sual altına düşür.

“Bu məsələdə “nə fərqi var“, “əslində tanıyırdılar” deyənlər ya cahildir, ya da həqiqətləri ört-basdır etmək istəyənlərdir. Tarix bu addımın hesabını soruşacaq. Necə oldu ki, 35 il boyunca səfir göndərilməyən bir ölkədə indi qardaşlarımız nümayəndəlik açdı?

Bu beş dövlət – mən bura müsəlman ölkəsi Tacikistanı da aid edirəm - Sovetlər Birliyi dağıldıqdan sonra müstəqil oldular. 35 ildir ki, Kipr Respublikasına (Yunan Kipri) səfir təyin etməmişdilər. Yəni Kipri (yunan) faktiki olaraq tanımamışdılar. İndi nə baş verdi ki, orda səfirlik açdılar? Bu, 35 illik türk xarici siyasəti üçün böyük bir nüfuz itkisi deməkdir. Bunun heç bir bəraəti yoxdur. Bu məsələnin hansı tərəfindən yanaşmağa çalışsan da, heç cür əsaslandırmaq mümkün deyil. Bunun hesabını tarix soruşacaq. Cənab Prezident (Rəcəb Tayyib Ərdoğan - red.) “KKTC tanıdılacaq” deməsinə baxmayaraq, bunun hələ də baş verməsinə əngəl olanlardan hesab soruşulacaq. “Mənim sözümü niyə yerə saldınız, niyə bu qərardan xəbərsiz idiniz” deyə soruşacaq, əlbəttə. Türkiyə bu ölkələrin qərarından xəbərsiz idimi? Niyə xəbərsiz idi? Xəbərdar idisə, niyə qarşısını almadı?” - deyə ekspert bildirib.

Sabiq hərbiçi əlavə edib ki, bu qərar sadəcə diplomatik bir jest deyil, əslində Avropa Birliyi ilə imzalanmış sənədlərlə daha ciddi nəticələr doğuracaq. Belə ki, adıçəkilən ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə sadiq olduqlarını bəyan edərək, Güney Kipr Administrasiyasını bütün adanın tək dövləti kimi tanıyıblar:

“Bu isə dolayısı ilə KKTC-nin mövcudluğunu inkar etmək və Türkiyəni işğalçı kimi qəbul etməkdir”.

Yaycının fikrincə, bu protokola imza atmaqla türk dünyasının ortaq siyasi xəttinə böyük zərbə dəyib. O qeyd edib ki, bu ölkələrin çoxu zəngin enerji ehtiyatlarına malik olmasına baxmayaraq, 12 milyard avroluq Avropa dəstəyini almaq üçün bu şərtləri qəbul ediblər:

“Türkiyənin xarici siyasətinin əsas mövzusu Kiprdir və bu, milli məsələdir. Türkiyə Kiprə görə 50 ildir embarqo altındadır və şəhidlər verib. Hələ də embarqo davam edir, daim “Kiprdən çıxın” tələbi ilə üz-üzəyik. Türk Dövlətləri Təşkilatında (TDT) Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçidir. Cənubi Kiprlə əlaqə qurmaqla bu mövqeni zəiflətdilər. Bu, böyük bir diplomatik ziddiyyət yaradır. 12 milyard avro Çinlə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Orta Dəhliz üçün verilir. Halbuki bu ölkələr neft və qazla zəngindir. Əgər pul əsas məsələdirsə, o zaman sual olunur: Niyə Azərbaycan bu prosesə qatılmadı? KKTC-nin müşahidəçi statusu Türkiyənin böyük səyləri ilə mümkün olmuşdu. İndi bu dövlətlər Güney Kipri bütün adanın dövləti kimi tanıyırsa, TDT-də KKTC-nin mövqeyi necə olacaq?” – deyə o vurğulayıb.

Tarix
2025.04.17 / 15:38
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla