Yuxarı

Qara görə imtahanda iştirak edə bilməyəcəklər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.

Quba-Xaçmaz Regional təhsil idarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.

P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.

Tarix
2025.04.19 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla