Yuxarı

“Qlobal" Media Qrupuna hücum onlar tərəfindən edilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlillərimiz onu göstərir ki, “Qlobal" Media Qrupuna məxsus olan media qrumlarına hücumlar Rusiyaya məxsus qruplar tərəfindən həyata keçirilib.

Axar.az xəbər verir ki, bunu parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının sədri Ramid Namazov Milli Məclisin “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində deyib.

O bildirib ki, hücumlar ilk dəfə Baku TV-yə edilib:

"Nəticədə, veb-server məlumatları və ehtiyat nüsxələr silinmiş, media resursları məhv edilmiş, infrastruktura giriş məhdudlaşdırılıb. Hücum zamanı istifadə edilən IP ünvanları və domenlər müəyyən edilmişdir. Kiberhücumlar APT28 və APT29 adlı kibercasus qrupları tərəfindən həyata keçirilib. Hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi müşahidə olunurdu. Hətta onlardan bəzilərinin ölkə ərazisində hotellərdə olduğunu müəyyən etdik. Ancaq onlar Azərbaycan vətəndaşı deyildilər. Ümumi hücumları Rusiyaya bağlı qruplar etmişdi. Onlar yalançı bayraqlardan istifadə edərək, fikir yayındırmağa çalışırdılar. Təəssüf ki, bu da Azərbaycan Rusiya arasındakı əlaqələrə kölgə salırdı".

Tarix
2025.05.02 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bizim İsrailə xüsusi rəğbətimiz var - General

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla