Yuxarı

Bir ayda 5 milyonluq tenderin qalibi olan şirkət kimindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi "İnterkabel" Firmasından 2 007 219,06 manatlıq elektrik malları və avadanlıqlar alacaq.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət MKTB-nin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İnterkabel" Firması 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Ramil Arif oğludur. Ramil Babayevdən əvvəl şirkətə Molanov Yasin Xanoğlan oğlu, ondan əvvəl isə Manafov Rafiq Hidayət oğlu rəhbərlik edib.

Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. "İnterkabel" Firması barəsində də məlumatlar məhduddur. Lakin bu sirli şirkət mütəmadi olaraq iri məbləğli tenderlərin qalibi seçilir.

Şrikət cari ilin son bir ayında üç tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 5 144 945,61 manatdır.

Ötən il isə "İnterkabel" Firması 9 tenderin qalibi seçilib. Şirkət bu tenderlər üzrə toplam olaraq 13 173 890,88 manatlıq sifariş alıb.

Tarix
2025.05.13 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla