Yuxarı

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ekspo Mərkəzində 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir.

Axar.az xəbər verir ki, dörd gün davam edəcək tədbirdə kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur.

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb.

Dövlət başçısı pavilyonları ziyarət edib, iştirakçı şirkətlərin təqdim etdiyi məhsul və texnologiyalarla tanış olub.

Prezident İlham Əliyev “Azərsun Holdinq”in stendinə də yaxınlaşaraq , şirkətin təqdimatını izləyib.

Burada onu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal qarşılayıb və istehsal olunan məhsullar, tətbiq edilən innovativ yanaşmalar və ixrac imkanları barədə ətraflı məlumat verib.

Tədbirin əsas iştirakçılarından olan “Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə geniş şəkildə təmsil olunur.

Burada 20-yə yaxın istehsal müəssisəsinin 50-dən çox məhsulu sərgilənir.

Bu məhsullar “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur.

Qeyri-qida stendində isə Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının ekoloji standartlara uyğun şəkildə istehsal etdiyi məhsullar barədə məlumat verilir.

Qeyd edək ki, sərgidə yerli şirkətlərlə yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi ölkələri təmsil edən şirkətlər də iştirak edir.

Tarix
2025.05.13 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla