Yuxarı

Zəngilan məscidi Venesiya Biennalesində təqdim olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngilan məscidi XIX Venesiya Arxitektura Biennalesində təqdim olunub.

Axar.az xəbər verir ki, bu məscidin Azərbaycanın iştirak tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq memarlıq platformasında nümayiş etdirilməsi Qarabağın və Şərqi Zəngəzurun mədəni dirçəlişi və memarlıq vasitəsilə milli kimliyin qorunub-saxlanması istəyini nümayiş etdirir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Trend-ə müsahibəsində bu hadisənin əhəmiyyətini vurğulayıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olundu. Bu, Azərbaycanın azad edilmiş torpaqlarına mədəniyyətin, etiqadın və tarixi yaddaşın qayıdışının dünya ictimaiyyətinə canlı nümayişidir".

Ələkbərovun sözlərinə görə, onilliklər boyu dağıdılmış vəziyyətdə qalan Zəngilan məscidi bu gün tarixi irslə müasir yanaşmaları birləşdirən memarlıq fəlsəfəsinin təcəssümüdür. Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərində otuz ilə yaxın işğal zamanı yaşayış binaları və infrastruktur dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi, mədəni və dini abidələr təhqir olunub. Xüsusən də Zəngilan məscidi işğal dövründə heyvanların saxlanıldığı tövlə kimi istifadə olunub.

Ərazilər azad olunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də tikinti-bərpa işlərinə başlanılıb. Qorunub-saxlanılmış tarixi məscidin yanında yeni bir məscid inşa olunub və bu gün həmin məscid azad edilmiş torpaqların mənəvi və memarlıq dirçəlişinin rəmzi kimi dünyaya təqdim olunur.

Qeyd edək ki, XIX Arxitektura Biennalesində ölkəmiz "Tarazlıq. Azərbaycanın motivləri" adlı pavilyonla təmsil olunur. Pavilyon Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Milli pavilyonun ekspozisiyasına son illərdə Azərbaycan memarlığının dinamik inkişafını əks etdirən mühüm layihələri - "Bakı Ağ Şəhər", "Zəfər Parkı" və "Zəngilan məscidi" daxildir.

Tarix
2025.05.13 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?

Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla