Yuxarı

5 aydır əzab çəkirəm, anamı ağladıblar - İlhamə Elşadqızı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:26

Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəməsi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, prosesdə o, ifadə verib.

“Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam. Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbənin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm”, - o bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Tiktokda "drel" sözü işlətməsi onun günahı kimi dəyərləndirilib:

"Məni məhz bu ifadəyə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…"

Bundan sonra onun vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Vəsatət təmin olunmayıb.

Növbəti proses iyunun 11-də davam edəcək.

Tarix
2025.05.14 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail müdafiəyə hazırlaşır: İranın cavab zərbəsi necə olacaq?

İranın vurulmasına ərəb ölkələrinin reaksiyası

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

İsrail hücumu: Ermənistan vətəndaşları Bakıda

Azərbaycanla məsləhətləşmələr aparırıq - Paşinyan

Azərbaycan İrandan təxliyəyə başladı

İran-İsrail müharibəsi olacaqmı? - Politoloq

Onun həlak olması məni dərindən kədərləndirdi - Həsənov

İsrail İranı, görün, necə yuxuya verib - Gizli iclas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla