Yuxarı

Şagirdlər ağlayaraq çıxdılar: İmtahanda nə baş verib? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün paytaxtın Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə imtahan verən 4-cü sinif şagirdlərinin imtahandan gec buraxıldığı iddia edilir. Belə ki, imtahan vərəqələrinin şagirdlərə imtahan başlayandan 3-4 saat sonra paylanıldığı bildirilir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı həmin şagirdlərin valideynləri Baku TV-yə müraciət edib.

Onların iddialarına görə, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirlər 4-5 saat məktəbdən buraxılmayıblar.

Məktəbin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq uşaqlarının buraxılmasını tələb ediblər. Onların tələbindən sonra şagirdlər ağlayaraq məktəb binasından çıxıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:

“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub”.

Tarix
2025.05.17 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla