Yuxarı

Hadruta gələn iranlı general kimdir? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan və İran “Araz-2025” adlı birgə hərbi təlimlərə başlayıblar. Təlimlərin açılış mərasimi Xocavənd rayonunun Hadrut qəsəbəsində keçirilib.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, iranlı hərbçilərə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının əməliyyatlar üzrə komandanı, briqada generalı Vəli Mani rəhbərlik edib. General-mayor işğaldan azad edildikdən sonra Hadrut qəsəbəsində ucaldılan "Dəmir yumruq" abidəsinin önündə hərbi salam verərək, şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

"Bu təlim iki ölkənin strateji, əməliyyat və hərbi məqsədlərini təbliğ etmək və Azərbaycan ilə İran prezidenti arasında razılaşma əsasında həyata keçirilir. Ötən il onun birinci mərhələsi İran İslam Respublikasının coğrafi ərazisində keçirilib, bu il də eyni yolla Azərbaycanın coğrafi ərazisində həyata keçirilir", - deyə o qeyd edib.

Həmçinin məlum olub ki, Azərbaycandakı təlimlərə qatılanlar İran İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının Mirzə Kiçik Xan Xüsusi Təyinatlı Qüvvələr Briqadasının hərbçiləridir.

Tarix
2025.05.19 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Putinlə Trampın telefon danışığı başladı

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

Saakyan məhkəmədə elə etiraflar etdi ki...

Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan

Azərbaycana göndərilən yük müsadirə edildi

Azərbaycan nümayəndə heyəti Rusiyada mühüm forumda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla