Yuxarı

Atalara ödənişli məzuniyyət verilsin - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi iIə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənəddə vurğulanıb ki, kişilərin və oğlanların əmək bazarında azlıq təşkil etdikləri sahələrə cəlb edilməsi, onlara bu istiqamətdə təsir göstərən gender stereotiplərinin aradan qaldırılması da təklif olunub.

Hesabata əsasən, qadınların, xüsusilə, kənd yerlərində yaşayanların iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə hərtərərfli dəstəyin göstərilməsi də təklif olunub.

Tarix
2025.05.21 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Kartavıx və Belousovun məhkəmələri keçiriləcək

Rəsmi Bakı Şvıdkoya cavab verdi

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla