Yuxarı

Builki tələbə qəbulu üçün plan yerlərinin sayı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb:

“Plan yerlərinin 28 min 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər. Plan yerləri hər qrupda fərqlidir. Bu il üçün I ixtisas qrupunda 455, II qrupda 388, III qrupda 124, IV qrupda isə 114, ümumiikdə 1 309 yer artım olub".

Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə uyğun olduğunu vurğulayıb:

“2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.

Tarix
2025.05.23 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı

Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan

Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...

Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşdü

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi

Bunun Bakıda keçirilməsini alqışlayıram - Paşinyan

Ceyhun Bayramov Misir səfiri ilə görüşdü

Onlar İlham Əliyevi təbrik etdi

Sübhani niyə Azərbaycana nifrət edir? O, kimə işləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla