Yuxarı

Həsən Həsənov strateji tərəfdaşlıqların əhəmiyyətindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21–22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub. Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.

Tədbir çərçivəsində A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov “Rəqəmsal inkişafda tərəfdaşlıqların rolu” mövzusuna həsr olunmuş panel müzakirəsində əsas spiker qismində çıxış edib.

Panelin digər iştirakçıları sırasında JazzCash (əvvəlki MobiCash) şirkətinin prezidenti Murtaza Ali, B.EST Solutions şirkətinin baş icraçi direktoru Yana Krimpe və Özbəkistan İnformasiya Texnologiyaları Parkının Baş İcraçı Direktoru Abdulakhad Kuchkarov da yer alıblar.

Çıxışı zamanı Həsən Həsənov strateji tərəfdaşlıqların verdiyi dəyər və yaratdığı imkanları vurğulayaraq deyib:

“A-Solutions olaraq inanırıq ki, rəqəmsal inkişafın əsasında düzgün qurulmuş tərəfdaşlıqlar, ortaq dəyərlər və aydın məqsədlər dayanır. Müasir dövrdə rəqabət artıq ayrı-ayrı şirkətlər arasında deyil, bütöv ekosistemlər arasında gedir. Ən böyük nailiyyətlər qarşılıqlı etimad və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıqlarla mümkündür. Belə tərəfdaşlıqlar məhsulu daha geniş bir platformaya, ideyanı isə yeni inkişaf mərhələsinə daşıya bilər. Biz bu yanaşmanı bir strateji seçim olmaqla yanaşı, davamlı uğura aparan yol kimi də dəyərləndiririk”.

O, həmçinin A-Solutions EPT MMC-nin əsas missiyasının ölkədə nağdsız əməliyyatları təşviq etməklə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək olduğunu bildirib.

Xatırladaq ki, A-Solutions EPT MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış ilk elektron pul təşkilatıdır. “Azercell Telekom” MMC-nin törəmə şirkəti olan A-Solutions fintex sahəsində təqdim etdiyi innovativ məhsul — akart rəqəmsal kartı ilə telekommunikasiya və maliyyə texnologiyalarını bir araya gətirərək həm yerli, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Qeyd edək ki, Azercell Telekom indiyədək iki dəfə M360 Eurasia tədbirinə baş sponsor qismində dəstək verib, builki tədbirdə isə şirkətin rəhbər heyəti panel müzakirələrində fəal iştirakını davam etdirib.

Tarix
2025.05.23 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Mixalko sammitə görə Azərbaycanı təbrik etdi

Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa

Ermənistanın baş qərargah rəisi də işğalda iştirak edib - Sübut

Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı

Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan

Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...

Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşdü

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla