Yuxarı

“TuranBank” ekoloji layihəni uğurla başa vurdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC “ASAN Könüllüləri”nin "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş ekoloji layihəni uğurla həyata keçirib.

Belə ki, ekoloji layihə çərçivəsində “TuranBank”a məxsus satış nöqtələrində və Baş ofisində ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Layihənin əsas məqsədi ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına töhfə verməkdir.

Məlumat üçün bildirək ki, "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində indiyədək 2 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Bu təşəbbüs sayəsində 37 400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb. Bu göstəricilər həm təbiətin qorunması, həm də ekoloji dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “TuranBank” ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.

“TuranBank”

Bizimlə etibarlıdır…

Tarix
2025.05.23 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla