Yuxarı

Bir vəkilin fəaliyyəti dayandırıldı, 5-nə töhmət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin mayın 23-də növbəti iclası keçirilib.

ARVK-dan Axar.az-a verilən məlumata görə, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələlərə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul ediliblər.

Eyni zamanda dövlət qulluğuna keçdiklərinə görə vəkillik fəaliyyəti dayandırılmış iki vəkilin fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə onların vəkillik fəaliyyətinin yenidən bərpası təsdiqlənib və vəsiqələr təqdim olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə bir vəkilə xəbərdarlıq edilib, beş vəkilə töhmət verilib və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Tarix
2025.05.23 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla