Yuxarı

Bakının mərkəzində qalmaqallı söküntü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada artıq bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işləri davam edir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirdiyini bildirib.

23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.

Ərazidə çalışan şəxslər sakinlərə deyiblər ki, onlara qapı və pəncərələrin sökülməsi tapşırılıb.

Sakinlər isə bildirirlər ki, ağır alətlərlə - xüsusən gürzlə aparılan işlər nəticəsində divarlarda çatlar yaranmaqla yanaşı, daş qırıntıları balkonlara və qonşu mənzildə yaşayan sakinlərin üzərinə tökülür.

Sakinlər onu da qeyd edirlər ki, "mülkiyyətçilər öz evlərində söküntü aparırlar" bəhanəsi ilə həyata keçirilən bu qeyri-qanuni proses onların psixoloji vəziyyətinə mənfi təsir göstərir və məqsəd binanı qəzalı vəziyyətə salmaqdır.

Tarix
2025.05.24 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Mexiko arasında mühüm müzakirə

Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri

Fidanın Rusiyaya səfəri ilə bağlı detallar açıqlandı

Ərəbistanda 73 illik qadağa götürülür: spirtli içki satılacaq

Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı

Kütləvi hücumlar Moskvanı iflic edir: Nə gözlənilir?

Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür

Ceyhun Bayramov iki ölkənin səfiri ilə görüşdü

Mixalko sammitə görə Azərbaycanı təbrik etdi

Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla