Yuxarı

İçində 21 ton yük olan maşın yandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Ucar rayonu, Ramal kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində "Mersedes" markalı yük avtomobilində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqusunda olan 21 ton yükün 3 tonu yanıb.

Yük avtomobilinin qoşqusu və oradakı yükün böyük hissəsi yanğından mühafizə olunub.

Tarix
2025.05.27 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla