Yuxarı

Xəzərdə yeni ada peyda oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər hansı ad qoyulmayıb, lakin bu istiqamətdə iş aparılır.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu haqda Rusiya KİV-ə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

“REА-nın Okeanologiya İnstitutu, Oİ-nin Xəzər filialı və Həştərxan Dövlət Qoruğunun birgə ekspedisiyası zamanı alimlərə Xəzərin şimalında, Kiçik Mirvari adasından 30 km cənub-qərbdə yerləşən yeni bir adanın mövcudluğunu təsdiqləmək mümkün olub.

Əvvəlcə bu dayazlığın üzə çıxması 2024-cü ilin noyabrında Oİ-nin Xəzər filialının əməkdaşları tərəfindən kosmik görüntülərdə aşkar edilmişdi, lakin adanın varlığına dair məsələ yaxın vaxtlara qədər mübahisəli olaraq qalırdı. Aşkar edilən ada Xəzər dənizinin səviyyəsinin enməsi və Orta Mirvari dayazlığının suyun səthinə çıxması nəticəsində yaranıb”, – deyə məlumatda bildirilir.

Ekspedisiya adanın ətrafının dayaz olması və hava şəraiti ilə əlaqədar sahilə enə bilməyib. Bununla belə, ada kvadrokopter vasitəsilə çəkilmiş görüntülərdə aydın şəkildə görünür. Yaxın vaxtlarda alimlər tərəfindən yeni yaranmış adanın ilkin təsviri təqdim olunacaq və ona coğrafi adın verilməsi ilə bağlı təkliflər irəli sürüləcək.

Rusiyalı tədqiqatçılar Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi ilə adanın sahəsinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar.

Tarix
2025.05.28 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…

Bayramov Qətərin dövlət naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla