Yuxarı

Dam uçması nəticəsində ölən məhkum niyə həbsdəymiş?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Mövlam Mustafayev 2020-ci ildə həbs edilib. O, qonşusunu öldürməkdə ittaham edilib.

İstintaq materiallarına görə, Mövlam Mustafayev 2020-ci il iyulun 10-da Ucarın Yuxarı Şilyan kəndində yerləşən yaşayış evini və həyətyanı sahəsini su ilə təmin etmək üçün Bağman kəndindəki su arxının bəndini açıb, sonra yaşadığı evə tərəf qayıdıb. Mövlam Mustafayev saat 9 radələrində yaşadığı kənddə "Baba Məhərrəmli" məhəlləsində "Gülnisə" adı ilə tanınan bərənin yanında qonşusu Qəzənfər Musayevin onun həyətinə doğru axan suyun qarşısını kəsməyə çalışdığını, suyu öz torpaq sahəsinə istiqamətləndirdiyini görüb, ona etirazını bildirib.

Bu zaman Qəzənfər Musayev onun və ailəsinin ünvanına nalayiq sözlər deyib. Bundan əsəbiləşən Mövlam Mustafayev əlində saxladığı belin sapı ilə yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Qəzənfər Musayev aldığı xəsarətlərin təsirindən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Mövlam Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlam Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.06.02 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

“Hörümçək toru” əməliyyatı belə idarə olunub - Detallar

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla