Yuxarı

İki yeniyetmə çayda boğuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki yeniyetmə çayda boğuldu

Bu gün Azərbaycanda iki boğulma hadisəsi qeydə alınıb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Suqovşan kəndi ərazisindən keçən Beton kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 20 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-ci il təvəllüdlü Cəfərov Emin İlqar oğlunun cəsədi batdığı yerdən 350 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1999-cü il təvəllüdlü, İsmayılov İntiqam Arif oğlunun cəsədi tapıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix
2016.06.18 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla