Yuxarı

Azərbaycana gətirilən "Barilla" makaronları yararsızdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumdan Axar.az-a bildirilib ki, bəzi xəbər saytlarında "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Rigate" tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

"AQTA bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb. Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır", - deyə məlumatda qeyd edilib.

Tarix
2025.06.09 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla