Yuxarı

Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda qanunsuz hərbi forma daşıyan şəxs barəsində tətbiq edilən inzibati xəta haqqında protokol təsdiq edilib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, hadisə Ordubad rayonunun Xurs kəndi ərazisində baş verib.

Təqsirləndirilən şəxsin izahatından görünür ki, qanunsuz daşıdığı hərbi geyimdə olarkən Xurs kəndində "Dərə" adlanan yerdə polis sahə rəisi onu görüb və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Şəxs həmin izahatı imzalayaraq inzibati xətanı törətdiyini qəbul edib.

Ordubad Rayon Məhkəməsinin qərarı ilə şəxs İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olan hərbi geyim forması müsadirə edilib. O, 300 manat məbləğində inzibati qaydada cərimələnib.

Tarix
2025.06.09 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla