Yuxarı

Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda baş verən qəzada 3-ü yeniyetmə olmaqla, 5 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı nəqliyyat vasitəsi "Mersedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü K.Xudaverdiyeva, 1984-cü il təvəllüdlü K.Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan K.Xudaverdiyeva və K.Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Digərlərinin müalicələri təcili yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.06.10 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla