Yuxarı

“AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub.

Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq, Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində baş tutan tədbirdə televiziya, qəzet və onlayn mediada çalışan 30-dan çox jurnalist iştirak edib.

Tədbirin ilk günü Gəncə şəhərində dövlət şirkətinin mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, əməyin mühafizəsi, eləcə də ətraf mühit, kommunikasiya, korporativ sosial məsuliyyət mövzularında nəzəri təlimlər keçirilib. İnteraktiv formatda təşkil edilən təlimlər zamanı qeyd edilən istiqamətlər ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılan şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntulu uşaqların fərdi inkişafı üçün göstərilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər. Daha sonra Daşkəsən rayonu, Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə inşa olunmuş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binası, həmçinin Quşçu kənd mərkəzində istifadəyə verilmiş Kitab köşkü ilə tanış olublar.

Səfər “AzerGold” QSC-nin Daşkəsən rayonu, Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Jurnalistlər “Çovdar” qızıl mədənində ekoloji norma və tələblər, müasir texnologiyalar əsasında aparılan istismar işləri, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarəolunması prosesi ilə yerində tanış olublar.

Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncə və sonra test tapşırıqları icra edilib.

Sonda media nümayəndələrinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Tarix
2025.06.26 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla