Yuxarı

Ağdam-Füzuli yolunda qəza: Qanunsuz sərnişindaşıma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və bir neçə sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qəza törədən nəqliyyat vasitəsi müntəzəm sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan buraxılış kartı olmadan və qanunsuz şəkildə fəaliyyət göstərib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Xatırladaq ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir.

Qaydalara əsasən, sifarişli və qeyri-müntəzəm sərnişin daşımaları zamanı sürücüdə daşımaya dair formulyar olmalıdır. Formulyar elektron qaydada AYNA informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur.

Bundan əlavə, müvafiq icazə alındıqdan sonra sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər reysqabağı tibbi, nəqliyyat vasitələri isə texniki müayinədən keçməlidir.

Qurum vətəndaşlara müraciət edərək yalnız rəsmi icazəyə malik, qeydiyyatdan keçmiş daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırır.

Tarix
2025.07.09 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla