Yuxarı

Erməni mediası Nijdenin Zəngəzur "proqnozu"nu yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mediası 1920-ci ildə, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Zəngəzurun qoparılaraq, Ermənistana verilməsi ilə bağlı baş verən proseslər ətrafında qatil, faşist Qarejin Njdeni yada salıb. Daha doğrusu, Zəngəzur dəhlizinin açılması ehtimalı qarşılığında 1924-cü ildə Njdenin “proqnozunu” yayıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, tarixi faktlar təhrif edilib: 1920-ci ilin noyabr ayı ərzində Nəriman Nərimanova təzyiqlər və Zəngəzurun qoparılması prosesi, nəhayət, 30 noyabrda qərar verilməsi və Nərimanovun bəyanata imza atmağa məcbur edilməsi ilə “Zəngəzurun Ermənistana güzəşt edilməsi” rəsmiləşsə də, erməni mediası 1920-ci il dekabrın 25-də Tatev monastırında Zəngəzur qurultayı keçirilməsindən, “Zəngəzurun Ermənistan Respublikasına birləşməsi ehtimalı aydınlaşana qədər onun müvəqqəti müstəqil dövlət elan edilməsi”ndən bəhs edir. Həmin vaxt 100% azərbaycanlıların yaşadığı Zəngəzur-Dərələyəz əyalətlərində azərbaycanlıların kütləvi qətli və torpaqlarından qovulması prosesi davam edirdi.

Erməni mediası yazır ki, Zəngəzurun adı 1921-ci il aprelin 26-da Tatev monastırında Ümumerməni Liqasının ikinci qurultayında dəyişdirilir və “Dağlıq Ermənistan” adı ilə “müstəqil” olur, Nijde isə baş nazir təyin edilir.

“Qaregin Njdenin rəhbərlik etdiyi qəhrəmanlıq mübarizəsinin böyük tarixi dəyəri var. Məhz bu müqavimət sayəsində Zəngəzur bu gün Ermənistan Respublikasının tərkibindədir”, - erməni mediası açıqca etiraf edir.

“1924-cü ildə Qahirədəki “Hüsabər” mətbəəsində Qaregin Njdenin “Gündəliyimin səhifələri” monumental əsəri nəşr olundu. “Gələcəyimiz təhlükədədir” fəslində Njde gələcəkdə qarşılaşdığımız problemləri və qarşılaşacağımız çətinlikləri təqdim edir. Parlaq diplomatik, hərbi və siyasi məntiqlə Njde 2020-ci ilin 44 günlük müharibəsindən sonra qarşılaşdığımız hər şeyi öncədən təxmin edib. Njde bu günün reallıqlarını təqdim edir:

"Xalqımız bir gün müsəlman ölkələrinin bizim üzərimizdən birləşməsinə qarşı ölüm-dirim mübarizəsi aparmağa məhkumdur. Çətin mübarizə! Xəritəni açın və nəzərinizi bugünkü Ermənistanı, Ararat vadisinin bir hissəsini və “Zəngəzur ölkəsi”ni təşkil edən kiçik məkana yönəldin. Cari sərhədlərini təşkil edən bir xətt çəkin.

Tatarlar (azərbaycanlılar – red.) Şərurda, İrəvan divarları altındadır, eynilə Naxçıvan-Ordubadda, Zəngəzur arxasında. Şərqdə isə Azərbaycan. Görürsünüzmü, erməni torpağının ətrafında dəmir halqa çəkilib. Ölkəmizin və xalqımızın özünümüdafiəsini çətinləşdirən başqa bir hal da var. Xəritəyə müraciət edin, bu, uğursuz vəziyyətə aydınlıq gətirəcək. Təhlükə yaranarsa, düşmən bir neçə saat ərzində Aleksandrapolu İrəvandan, sonuncunu isə Zəngəzurdan ayıracaq. Xəritədə sizə aşağıdakılar da göstəriləcək: İslamın (Qacarlar dövləti – indiki İran nəzərdə tutulur – red.) Araz sahilləri boyunca Azərbaycana qatılması üçün 2-3 saat vaxt lazımdır.

Eyni şeyi başqa bir xəttlə, Qarakilsə vasitəsilə etmək olar, demək olar ki, eyni vaxtda Azərbaycana qoşulmaq olar. Eyni şeyi Qafan vasitəsilə bir neçə saat ərzində etmək olar. Bir sözlə, Şərq və Qərb müsəlmançılığı erməni vilayətlərini ən azı yeddi yerdə bir-birindən saatlar ərzində ayırıb, təbii ki, erməni xalqı vasitəsi ilə birləşə bilər”, - nəşr Njdedən sitat gətirib.

Njde “Ermənistanın bədbəxt coğrafi mövqeyini və kiçik ərazisini, eləcə də erməni əhalinin az olduğu” nəzərə alan Njde çıxış yolu kimi silahlanmağı və qətliamları göstərir.

Tarix
2025.07.20 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla