Gözləntilərim bu il də özünü doğrultdu. Söhbət qondarma
erməni soyqırımının ildönümü ərəfəsində qardaş Türkiyənin bəzi
media qurumlarının, bir qədər də dəqiqləşdirsək, müxtəlif media
mütəxəssislərinin də demokratik institut saydıqları televiziya
kanallarının məsələni işıqlandırmasından gedir. Bəli, hədəfim yenə
"CNN Türk"dür.
Artıq adət etmişəm və söz vermişəm ki, ermənilərin hay-haray
saldıqları qondarma ölüm-itim günündə bir qayda olaraq sözügedən
media qurumunun gündəlik proqramlarını izləyəm, Türkiyəyə
demokratiya dərsi keçən, ermənilərin əlindən su içən "ziyalıların",
"tarixçilərin" hayqırtılarına qulaq asam. İnandırım ki, bu bir
günün əsəbi sonra mənə ən azı bir həfətəyə başa gəlir. Mavi
ekrandan beynimin hər neqetativ hissəsinə sanki güllə kimi təsir
edən bu lafları, bəli-bəli, məhz lafları eşitmək mənə ağrılı, üzücü
və təsirlidi. Bu qədər yalanmı olar? Hətta emosiyalarımdan üz-üzə
gəldiyim yaxınlarım, dostlarım, həmkarlarım da cana gəlirlər...
Dünən də eyni vəziyyəti müşahidə etdim. Axşam saatlarında
çoxlarının yaxşı tanıdığı sunucu Şirin Payzinin qonağı qatı erməni
sevdalısı, "tarixçi" Halil Berktay idi. İlahi, insanlar sanki bir
anlığa Türkiyədən proqram yapdıqlarını unutmuşdular. Türkiyənin
demokrasisindən, Anadolu türkcəsində desək, qardaş ölkənin
imajından, Başbakanın qondarma erməni soqırımı ilə bağlı
bəyanatından, bir əsrdən sonra dövlətin ən ali şəxsinin məsələyə bu
cür yanaşmasından ağzıdolu danışdılar. Bəli, "danışdılar"!
Olduqca qorxulu, təhlükəli, illərdən sonra qardaş Türkiyəyə
dəyəcək zərbələri qulaqardına vurmaqla. Bu "hesablamalara" digər
verilişlərdə də rast gəlmək mümkün idi. Verilişlər o qədər
birtərəfli və erməni dəyirmanına su tökəcək şəkildə hazırlnamışdı
ki, məsələnin mahiyyətini bilməyən, ermənilərin xasiyyətindən hali
olmayan, onların hansı məqsəd güddüyünü anlamayan istənilən şəxs
həmin vaxt bu proqramlara baxsaydı, haylara yazığı gələr, bu xalqın
doğurdan da məzlum, əzilən bir millət olduğunu düşünər, ötən əsrin
əvvəlində verilmiş lənətlənən təhcir qərarını pisləyərdi.
Ən yadda qalan məqam isə Berktayın qətlə yetirilən Hrant Dinki
əsl mücahid, erməni fədasi şəkilində təqdimatından sonra aparıcının
reaksiyası idi. Payzin xanım bir anlığa efirdə olduğunu, veriliş
apardığını, ona miyonlarla tamaşaçının baxdığını və peşəsinə,
daşıdığı statusa uyğun olmayan qaydada kövrəlməyə, kədərlənməyə
başladı. Maraqlı sual çıxır ortaya - görəsən, elə bu Payzin xanım
Azərbaycanın əzəli torpaqlarında məhz həmin "məzlum" ermənilər
tərəfindən qətlə yetirilən, işgəncələrə məruz qalan azərbyacanlılar
üçün eyni hisslərlə ağlayar, kədərlənərdimi?
Bu fikirlərə görə bəzi media və balans üzrə "ekspertlərn" qınaq
obyektinə də çevrilmək olar. Dəm vura bilərlər ki, nə danışırsan,
bu, demokratiyadır, verilişlər belə olar, Payzın (lər) elə lap
Larri Kinqin özüdür, məşhur Poznerdi (hərçənd o da Kremlin
qorxusndan balans hisslərini itirib)...
İndi soruşuram, belə balansmı olar? Niyə erməni məsələsi "CNN
Türk"ün efirinə daşınanda Türkiyənin hazırda tutduğu mövqeyinin
səbəbləri əhatəli şəkildə təhli olunmur, araşdırılmır? "Sərhədlər
açılsın" deyən "CNN Türk" niyə bir dəfə də olsun erməni məsələsində
hörmət bəslədiyim, qatı millətçi, hazırda isə haqlı olaraq həbsə
atılan Sevan Nişanyana tarixdən dərs keçən, ona layiq olduğu küncü
göstərən Yusuf Halaçoğlunu efirə çağırmır? Lap elə bizim Akif
müəllim Nağını efriə qoşmurlar? Budurmu balans? Budurmu jurnalist
peşəsinə sadiqlik?
Baxın, kanalın aparıcıları və ekspertləri ağız-ağıza verib
deyirlər ki, Türkiyənin erməni camaatı razı salınmalıdır. Başa
düşmürəm, qardaş ölkənin azərbaycanlı camaatı yoxdurmu? Stalinin
sürgünündən, rusun riyakar siyasətindən, erməni qəddarlığından
qaçaraq Türkiyəyə pənah gətirən soydaşlarımızın hüquqlarını niyə
gizlədir bu "CNN Türk"? Azərbaycanlıların ürəyi, heysiyyəti
yoxdurmu? Onların da könlü alınıb, fikirləri dinləniləsi deyilmi?
Baxın, bir anda nə qədər sual çıxdı ortaya... Bax, belə, əzizlərim,
"balanslı" kanalın ermənipərəst aparıcısı və ekspetləri indi
ağzıdolusu anons verirlər ki, bəs, sağ olsun cənab Ərdoğan, həyata
keçirdiyi bir "ilkə" görə!..
Deməli, qabaqda bizi böyük imtahanlar gözləyir. Özümüzdən, media
camiəmizdən, ziyalılarımızdan çox şey asılıdır. Əl-ələ verib, lap
lazım gələrsə, kampaniya şəkilində "cnntürk"lərlə mübarizə
aparmalyıq, məcbur etməliyik ki, bu dəfə azərbaycanlıların könlü
alınsın. Bu, həm də dövlət büdcəsindən maliyyələşən yazılı və
elektron medialarımızın vəzifəsidir.
Sonda isə bir məqamı diqqətə çatdırmaq istərdim: bu günlərdə
Ukrayna hadisələrini izlərkən bu ölkədə yaşayan və kifayət qədər
tanınan erməni jurnalistin münaqişə ilə bağlı fikirləri diqqətimi
çəkdi. Köşə yazısında ukraynalı dostlarına müraciət edən erməni
yazar rusların qarşısında duruş gətirə bilməməklərinin düsturuna
aydınlıq gətirir. Adam aşkar şəkildə qatilliyi təbliğ və tərənnüm
edir. Deyir ki, ukraynalıların məğlub olmasının kökündə adam öldürə
bilməmələri dayanır. Və əlvə edir ki, "Ukraynlılar, hörmətli
dostlarım, öldürməyi öyrənin, öldürməyi!"
İndi "CNN Türk"dən soruşmaq istərdim – siz bu peşəkar
qatillərinmi könlünü alır, təəssübünü çəkirsiniz?