Yuxarı

Şəhid çəkmələr

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid çəkmələr

Türkiyədə baş verən mədən faciəsindən sonra bir daha əmin oldum:

"Zəhmətin insana verdiyi əxlaqı heç bir din verə bilməz".

Heç bir dini aşağılamaq fikrim-filan yoxdur. Sözümün canı başqadır.

Bütün dinlərin istinad nöqtəsi olan əxlaqın zirvəsinə insanı çatdıran zəhmət əlbəttə ki, müqəddəsdir. Bu cür müqəddəs işi görəndə ölənlər əlbəttə ki, şəhid sayılır.

Mədən faciəsindən yaralı olaraq xilas edilən bir şaxtaçının yaralı vəziyyətdə təcili-tibbi yardım maşınına uzadılanda dedikləri insanı sadəcə, şoka salır:

"İstəyirsiniz, botinkaları çıxarım".

O sözlər şaxtaçının əxlaqının elə bir mərtəbədə olmasından xəbər verir ki, heç bir din ilə ora çatmaq mümkün deyil. Kömür şaxtasından qapqara çıxan həmin çəkmə, təmizliyin, paklığın simvoludur. Zəhmətdən başqa heç nə görməyib, ömür boyu kömürün qarasından ağappaq pul qazanıb...

Reallıq bir sufinin əsrlər əvvəl dediyi kimidir:

"Nə qədər alçalırsansa, əslində bir o qədər yüksəlirsən".

Nə qədər qapqarasansa, bir o qədər paksan, təmizsən, safsan, ağappaqsan...

Kömür mədənində baş verən faciədən sonra insanı ən çox təsirləndirən başqa bir nüans da var. Jurnalist şaxtadan xilas edilən Bayram adlı mədənçidən soruşur:

- Mədənə təkrar, yenidən girəcəksiz?

Xilas edilən mədənçi:

- Girməliyəm! Başqa iş yoxdur! Banka kredit borcum var...

Bayramın o sözündən sonra ona nəsə demək mümkün deyil.

Nə deyəsən axı?

Tarix
2014.05.15 / 13:55
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Mustafa Dəstəçi: “Ermənilər Türkiyədən deportasiya edilməlidir”

Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

İngilis jurnalistin Türkiyədən qalmaqallı araşdırması - Fotolar

Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdi - Foto

ABŞ İŞİD-i Türkiyə ərazisindən vuracaq - Müqavilə

Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda

Lənkəranda polisi öldürənlər tutuldu

Pulsuz dövlət xəstəxanalarında müayinə neçəyədir? – Qiymətlər

“Ata, zəng etdim ki, milyon qazandığımı deyəm” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla