Yuxarı

Nərminin qatili orada gözləyir...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda 10 yaşlı Nərminin yandırılmasına müxtəlif cür – romantik, sentimental, bədbin, aqressiv yanaşmalar var.

Məncə, soyuq başla bütün yanaşmaları kənara buraxıb, belə cinayətlərin qarşısını almağa çalışmaq lazımdır.

Bu olayların qarşısını almaq üçün iki əsas yol var:

1. Maarifləndirmə siyasəti

2. Cəza mexanimzlərinin hazırlanması

Təbii, daimi və qalıcı nəticələr əldə etmək üçün maarifləndirmə yoluna baş vurmaq daha yaxşı olardı. Ancaq indiyə qədər bu barədə dəfələrlə danışıb-yazsaq da, bir nəticəsi olmadı. Təkcə marrifləndirmə ilə nəyəsə nail olmaq çətin məsələdir.

Ona görə də düşünürəm ki, vaxt itirmədən Cinayət Məcəlləsini sərtləşdirmək lazımdır.

Uşaq ölümü təkcə cinayətkar yox, həm də terrorçu zehniyyətidir. Yəni bir uşağı öldürən şəxs sabah rahatlıqla düşmən ölkənin əlində terror maşası ola bilər. Uşaq qatili sabah heç bir vicdan əzabı çəkmədən Xocalı soyqırımının bənzərini törətmək potensialına malikdir.

Ümumiyyətlə, qəsdən bir uşağın ölümünə səbəb olan, onu xüsusi amansızlıqla qətlə yetirən şəxs ömürlük həbsdə qalmalıdır. Onu heç bir halda cəmiyyətə buraxmaq olmaz.

Özü də onlar üçün xüsusi, ağır rejimli həbsxanalar hazırlanmalı və cinayətkar mahiyyətli insanların beynində bu həbsxana ilə bağlı xof yaradılmalıdır.

Bu tip olaylarda ən dəhşətli nüans isə cinayətkarın uşağı cinsi zorakılığa məruz qoymasıdır. Yəni pedofillik. Hər il dünyada uşaqların 20 faizi müxtəlif məzmunlu cinsi zorakılığa məruz qalır.

Pedofillər bəzi ölkələrdə edam edilir. Bəzi ölkələrdə isə pedofilliyi sübut olunmuş şəxslər kimyəvi və ya cərrahi yolla axtalanır. Bu, ən optimal variant hesab edilə bilər. Əgər bir pedofil öz “kişiliyini” itirmək ehtimalını və ömürlük ağır həbs həyatı yaşayacağını düşünsə, böyük ehtimalla hansısa uşağa qarşı seksual addım atmaqdan çəkinər.

Təbii, bütün bu cəza metodları ilə həmin cinayətlərin kökünü tam kəsmək olmayacaq. Ona görə də cəza tətbiqləri ilə yanaşı maarifləndirmə siyasəti də aparmaq lazımdır. Yəni bu iki istiqaməti paralel aparmaq lazımdır ki, cinayətkar mahiyyətli insanlar həm əməllərinə görə necə dəhşətli cəzalar alacaqların bilsinlər, həm də doğru yolun mövcudluğunu öyrənib ora yönəlsinlər.

Bəlkə də siz bu yazını oxuyanda həmin cinayətkar küçənin tinində dayanıb növbəti qurbanını - başqa bir Nərmini gözləyir.

Nərminləri xilas etmək üçün vaxt itirmədən hərəkətə keçmək lazımdır.

Tarix
2020.01.08 / 14:24
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla