Yuxarı

Cinsi azlığı qorumaq da bir ləyaqətdir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cinsi azlığı qorumaq da bir ləyaqətdir

İsadan İsaya

Hadisələrdə mistika axtarmağı sevmirəm. Amma İsanın ölümü çox mistik oldu. Mistik tərəfləri haqqında bir az sonra...

İsa kim idi? Dostumuz Ramil Qafarovun sözü ilə desək, gənclər sektorunda ictimai fəallığı olan qız və oğlanlarla ucuz kafedə oturar, çörək yeyib çıxardı. Sizin təsəvvür etdiyiniz parikli, kosmetikalı "Tiflis prospekti sakinləri"ndən deyildi. Küçədə görsəniz, hər hansı gəncdən fərqləndirməzdiniz. Daim gülərüz, sevinc dolu biri idi.

İsa Şahmarlı haqqında yazı hazırlamağı qərarlaşdıranda homoseksuallığın əslində nə xəstəlik nə də insanın öz seçimi olmaması və s. yazmağı düşünürdüm. İnsanların bu cür doğulmasına görə qınamağın xərçəng xəstəsini qınamaq kimi bir şey olmasını da yazmaq olardı. Ancaq fikrimi dəyişdim. Bu cür şeylər insanların fikirlərinə təsir etmir.

Əlqərəz, homoseksuallığın "təbiətdən gəlməsi" barədə nəsə yazmaq fikrim yoxdur. Bu barədə öyrənmək istəyən zəhmət çəkib "Vikipediya"ya baxa bilər.

İsa haqqında bilmədiklərinizi yazacam. Bəlkə o zaman fikirləriniz az da olsa dəyişəcək və ölmüş birisinin arxasınca lənətlər yağdırmaqdan, qəbrini dağıtmaqdan, qəbri dağıdanlara haqq qazandırmaqdan əl çəkəsiniz.

Ürəyinizdə pıçıldayaraq özünüzə sual edin. Narahat olmayın, heç kim eşitməyəcək. İntihar etməzdən 1 saat öncə banka gedib kredit borcunuzu ödəyərdinizmi? "Gey" olaraq doğulsaydınız, bunu açıq şəkildə deyərdinizmi? Öz idealınız uğrunda ölümü gözə alardınızmı?

Homoseksuallığın yaradılışdan gəlməsini hələ də qəbul etmirsinizsə, yazının bundan sonrasını oxumasanız da olar.

Vicdan Tanrının ekvivalentidir. Əgər vicdan deyilən şeyə inancınız varsa, səmimi olun və vicdanın səsini boğmayın, qoyun danışsın.

İsa ANS-dən həmişə umurdu

İsa həmişə deyirdi ki, özümü LGBT bayrağı ilə asacam və mənim ölümümdən sonra cinsi azlıqların hüquqlarını tanıyacaqlar, tanımasalar, bütün cinsi azlıqlar ayağa qalxacaq. Deyirdi ki, ölümümlə ANS-i rəngləyəcəm. Nəyə görəsə, həmişə ANS-dən nəsə umurdu. Yeri gəlmişkən, ANS-in "Alın yazısı" proqramının bir buraxılışı İsaya həsr ediləcək.

Taleyin qismətinə bax ki, dəfnindən süjet hazırlayan TV kanal da ANS oldu; məhz ANS-in kamerası sındırıldı, maşını daşa basıldı. Niyə? Burda bir mistikamı var?

Ölümün mistik tərəflərindən danışırdım...

Hadisələrdə mistika axtarmağı sevmirəm. Amma İsanın ölümü çox mistik oldu. İnsan öz ideyası uğrunda, günahkarlar və günah səbəbi ilə ölümə getdi. Bu mənə İsa Məsih obrazını xatırlatdı. Onun bu ölümünü nahaq etməmək üçün İsanın özünü asdığı bayrağın rəngləri uğrunda mübarizə aparan insanların hamısı bu mübarizliyi yaymalıdırlar. Necə ki, İsa Məsihin əshabələri peyğəmbərin ölümündən sonra onun ideyasını yaşatdılar və bütün Roma imperiyasına yaydılar.

Burda söhbət homoseksuallığı təbliğ etməkdən getmir. Sadəcə, onların da insan olduğunu və hər hansı bir diskriminasiyanın yanlış olduğunu anlamaq lazımdır.

Yaxşı ki İsa öldü

İsa kimi mübariz birisinin ölümü nə dərəcə şok effekt yaratdısa, ölümündən sonra maskaları cırılan ziyalılar da bir o qədər şok effekti yaratdı.

Yaxşı ki İsa öldü. Ziyalı qiyafəsi geymiş onlarla zombinin maskası cırıldı. Bunların arasında neçə-neçə yazıçı, musiqiçi, incəsənət adamı var.

Sosial şəbəkələrdə İsanın ölümü toy-bayram edənlərin bir cümləsi var: "Tolerant olun, bu da bizim fikrimizdir".

Bir az düşünən insanı bu yerdə infarkt vurmalıdır. XXI əsrdə adamlar bilmir ki, ağızdan çıxan hər söz fikir deyil. Bilməyənlər üçün bir də deyək. Söz o zaman fikir sayılır ki, o, kiminsə hüququnu pozmasın, haqqına girməsin və təhqir etməsin. Əgər hər söz fikir sayılırsa, sevmədiklərimizə ən axırıncı söyüşləri yazaq və deyək ki, bu da bizim fikirimizdir və sizə tolerant olmaq düşür.

Xəqani Hasın öz yazılarında qeyd etdiyi bir nüans var: "Sənin kimi olmayanların hüquqlarını qorumaq hər bir ləyaqətli insanın borcudur".

Bir ağdərili kimi qaradərilinin hüquqlarını, bir azərbaycanlı kimi qeyri-azərbaycanlının, bir heteroseksual kimi homoseksualın hüquqlarını müdafiə etməliyik. Müdafiə etmək onunla eyni olmaq və ya eyni düşünmək demək deyil. Bir ateist kimi hicab azadlığını dəstəkləyəndə müsəlman, bir homoseksualın hüquqlarını müdafiə edəndə homoseksual olmursan; sadəcə olaraq sənin kimi olmayanı qoruyursan. Məncə, bu, əsl ləyaqət və ən böyük fəzilətdir.

Tarix
2014.01.24 / 14:08
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Mustafa Dəstəçi: “Ermənilər Türkiyədən deportasiya edilməlidir”

Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

İngilis jurnalistin Türkiyədən qalmaqallı araşdırması - Fotolar

Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdi - Foto

ABŞ İŞİD-i Türkiyə ərazisindən vuracaq - Müqavilə

Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda

Lənkəranda polisi öldürənlər tutuldu

Pulsuz dövlət xəstəxanalarında müayinə neçəyədir? – Qiymətlər

“Ata, zəng etdim ki, milyon qazandığımı deyəm” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla