Yuxarı

“Səməd Vurğun atama dedi ki...” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səməd Vurğun atama dedi ki...” - Foto

Bu, mənim uşaqlıq illərimin şəklidir. Ömrümün ən gözəl, ən xoşbəxt çağlarını uşaqlıq illərimdə yaşadım. Burada cəmi 7 yaşım var. Həmişə kədərli görünürdüm.

Axar.az xəbər verir ki, bu sözlər mərhum əməkdar artist Vəfa Fətullayevanın xatirə dəftərindəndir. Aktrisanın adına olan Feysbuk səhifəsində onun xalq şairi Səməd Vurğunla bağlı xatirəsindən söz açılıb:

"Səməd Vurğun bizə tez-tez gələrdi, atamla dost idi. Bir dəfə atama "Ay Nüsrət, bu qız niyə gülmür, bəlkə, bir dərdi-səri var, bir Leyli xanıma göstərin baxsın, çarəsini tapsın, balam, bu qədər də qaş-qabaq olar?!" - demişdi. Leyli xanım o dövrdə məşhur uşaq həkimi idi (Leyli Fətəliyeva - Azərbaycanın ilk qadın uşaq həkimi). Anam da zarafatla demişdi ki, ay Səməd qardaş, bu uşağın xəstəliyi utancaqlıqdır.

Doğrudan da belə idi, mən uşaqlıqda heç gülməzdim, ağlamağa bəhanə axtarırdım, bir balaca əziləndə, ya da yüngül yıxılanda elə ağlayardım ki, səsim ətrafa yayılardı. Sanki dünyaya mən ağlamaq üçün gəlmişdim. Kiməsə bir şey olanda onun yerinə də mən ağlayırdım. Xalamın həyat yoldaşı Həbib İsmayılov rəhmətə getmişdi, hamı sakit oturmuşdu evdə, mən isə elə ağlayırdım ki, ətrafdakılar mənə təəccüblə baxırdı. Beləcə, ağlaya-ağlaya böyüdüm. Yaşa dolduqca isə uşaqlığım məndən uzaqlaşdı, o bir yuxu kimi yox olub getdi. Həmin illərdən mənə yalnız şəkillər qalmışdı. Hər dəfə onlara baxanda göz yaşlarımı saxlaya bilmirdim. Kaş ki, mən heç vaxt böyüməyəydim. Uşaqlığım quş kimi uçub getdi. Saf, qayğısız, mehriban uşaqlığım..."

Qeyd edək ki, əməkdar artist Vəfa xanım Fətullayeva uzun sürən xəstəlikdən sonra 21 may 1987-ci ildə, 42 yaşında vəfat edib.

Tarix
2016.07.19 / 09:09
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Əliyev və Vens mətbuata bəyanatla çıxış etdilər

Azərbaycan Ukraynaya generatorlar göndərdi

Bu, Əliyevin liderliyinin bariz nümunəsidir - Vens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla