Yuxarı

MTRŞ: “Mir Şahin efirdə deyib ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ: “Mir Şahin efirdə deyib ki…”

Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verdikdən sonra ANS televiziyası hadisələrlə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymaqla yanaşı, Azərbaycan dövlətinin hadisələrlə bağlı mövqeyi ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyub.

Bunu Report-a açıqlamasında Mİlli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin rəhbəri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, iyul ayının 16-da ANS dəqiqləşdirilməmiş məlumat yayaraq "Türkiyə prezidentinin devrildiyini" elan edib:

"Nəzər nöqtəsi" verilişinin aparıcısı hadisələri şərh edərkən bildirib ki, hakim partiyanın daxilindəki gərginlik, xarici siyasətində buraxdığı səhvlər ortaya çıxan nəticəni gözlənilən edib. Mir Şahin Ağayev isə efirdən "Şəxsən mən Ərdoğanın yerində olsaydım, istefa verərdim" fikirlərini səsləndirib. Mirşahin Ağayev Türkiyə prezidentinin istefa verməsinin labüdlüyünü qeyd edib. Daha sonra bildirib ki, baş verən hadisələrə görə məsuliyyət dövlət başçısının üzərindədir. ANS televiziyası yayımladığı verilişlərdə Türkiyədə çevrlişə cəhd edənlərin xəyanətini işıqlandırmaq əvəzinə, Türkiyənin legitim hakimiyyətini baş verənlərdə günahkar çıxarmağa çalışıb və s."

T.Dadaşov bildirib ki, ANS televiziyasının sərgilədiyi mövqe Azərbaycanla Türkiyə dövlətləri arasında mövcud olan ikitərəfli münasibətlərin korlanması təhlükəsi yaradıb: "Bundan başqa, hadisələr işıqlandırılarkən qəddarlıqla öldürülmüş insan cəsədləri nümayiş etdirilməklə də qanunvericiliyin tələbləri pozulub".

Onun sözlərinə görə, Azərbaycan dövlətinin milli maraqlardan çıxış edən rəsmi mövqeyi açıqlandığı halda, ANS kanalının bu cür addımları bu kanalın redaktə siyasətində problemlərin olduğunu ortaya qoyur.

Tarix
2016.07.19 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla