Yuxarı

“Pobeda”sı özündən böyük "avtoş"

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Pobeda”sı özündən böyük "avtoş"

Bakının Hövsan qəsəbəsində Əvəz İbrahimov adlı gənc bir retro avtomobil həvəskarı var. Aradıq və tapdıq. Tanışlıqdan sonra məlum oldu ki, Əvəz bəy həm retro avtomobil həvəskarıdır, həm də əntiq əşyalar toplamaq xobbisi var. O, demək olar ki, ömrünün çox hissəsini bu sahəyə həsr edib. Söhbətimizə başlamaq üçün 35 yaşlı Əvəz bəyin bu il 60 yaşını qeyd edən qocaman "Pobeda"sına əyləşdik:

Hövsanda bir nömrə

- Bu maşın 1953-cü il buraxılışıdır. Hardasa, 6-7 ildir ki, məndədir. Bunu özümçün yığdırmışam. Mən alanda maşının vəziyyəti belə deyildi. Üstünə 10.000 dollardan çox pul qoydum. Sözün düzü, yığdıranda bilmirdim ki, bu maşın əntiq hesab olunur. Özü də mənim maşınım Hövsanda bir nömrədir.
Maşında demək olar ki, bütün detallar orijinaldır. Salonun içinə çexol çəkilib sadəcə. Bu maşın əziyyət də vermir mənə. Bunlar elədi ki, bir dəfə yığıldısa, getdi... Benzini də normal işlədir.

"Pobeda-mobeda" minmirəm...

- Şəhərdə bu maşına insanların hədsiz marağı var. Kim görür, əliylə işarə edir ki, əladı, zordu! Heç bir milyonluq maşın sürsən, sənə heç kim baxıb deməz ki, əladı, zordu. Bu il Nabrana getmişdim "Pobeda"yla. Uşağından tutmuş qocasına kimi hamısı maraqla baxır maşına. Bir qoca arvad yanımdan keçə-keçə görürəm mahnı oxuyur: "Pobeda-mobeda bilmirəm, "Moskviç"ə minmirəm". Azərbaycanın yarısı bu "Pobeda" ilə şəkil çəkdirib.

Gəlin maşını

- Bu maşınla bir neçə dəfə gəlin aparmışam. Müxtəlif qiymətlər olub. Olub ki, 250 manat veriblər, elə olub 150 manat. Elə də olub ki, gəlini aparıb qoymuşam restorana, pul da verməyiblər. Deyiblər, çox sağ ol, demişəm, siz də sağ olun...

Ay alan...

İndi satmaq fikrim var bunu. 10.000 dollar verən olsa, sataram.

Tarix
2013.10.24 / 11:45
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla