Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi
ilə bağlı yeni qayda və şərtlər qüvvəyə minib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti mayın 22-də "Rabitə
müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı
və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi
haqqında" qərarında dəyişikliklər edib.
Qərara əsasən rabitə müəssisələri (operatorlar) öz
şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara
uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırmalı və bu
müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız
bu qərara uyğun həyata keçirməlidir. Artıq rabitə vasitələrinin
satışı və istifadəsi zamanı tələb olunan şərtlərə operatorlarla
bərabər, onların diler və distribüterləri də əməl etməlidir.
Dəyişikliyə əsasən telefon nömrələrinin (sabit, mobil)
operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair
məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat
Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün "Giriş-çıxış
və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi", hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına
qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək
"Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin
satışı zamanı tələb olunan şərtlər"ə uyğun olaraq operatorların və
MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil
edildikdən sonra 24 saat müddətində təmin olunmalıdır.
İndiyə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili
İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə
razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən
xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan
müqavilələrdə nəzərdə tutulması vacib olan məlumatların yazılması
qaydalarının qəbul edilməsini, habelə həmin şəxslər haqqında vahid
məlumat bazasının formalaşdırılmasının təşkilini və digər
məsələlərin həll olunmasını təmin edib. Dəyişikliyə əsasən bundan
sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər
Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla,
rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən
fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının
formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını
təmin etməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu
qərarın icrasını nəzarətdə saxlamaq tapşırılıb.
Naziirlər Kabineti "Rabitə müəssisələri (operatorlar)tərəfindən
rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan
Şərtlər"in yeni redaksiyasını da təsdiqləyib. Təşkilati-hüquqi və
mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan ərazisində
fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar), həmçinin
onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin
satışı və istifadəsi zamanı aşağıdakı şərtlər təmin edilir:
- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və
abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində
göstərilən məlumatların əks olunması;
- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçinin
identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi
istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi
ilə kirayəyə verilməsinə qadağa qoyulmasının əks olunması;
- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilədə abunəçinin
identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon
aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi
şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında
müvafiq qeydin olması;
- Fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan
Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki
şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən
fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin
surətinin əlavə olunması;
- Mobil operatorların şəbəkələrində rouminq rabitəsində olan
xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən
azı 1 (bir) il müddətində saxlanılmasının təmin edilməsi.
Nazirlər Kabineti eyni zamanda "Rabitə müəssisələri
(operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi
zamanı tələb olunan Şərtlər"ə əlavəni - "Rabitə müəssisələri
tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan
müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə
tutulması vacib olan Məlumatlar"ı da təsdiqləyib.
Sıra
№-si
|
Məlumatın növü
|
Vacib olan məlumatların qeydi
|
müqavilədə
|
abunəçilərə dair məlumat bazalarında
|
1
|
2
|
3
|
4
|
1.
|
Telefon nömrəsi
|
√
|
√
|
2.
|
Abunəçinin Sim kartının nömrəsi
|
√
|
√
|
3.
|
Abunəçinin identifıkasiya modulunun parametrləri (İMSİ və
s.)
|
-
|
√
|
4.
|
Mobil telefonun beynəlxalq identifıkasiya nömrəsi (İMEİ)
|
-
|
√
|
5.
|
Telefon nömrəsinin aktivləşdirmə tarixi (nömrənin satışı və
məlumat bazasının doldurulması vaxtı)
|
√
|
√
|
6.
|
Abunəçi haqqında məlumatlar:
|
|
|
6.1.
|
abunəçi fiziki şəxs olduqda
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və
yaümumvətəndaş pasportu, Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxsin və əcnəbinin sənədi, əcnəbi vətəndaşın
pasportu əsasında abunəçinin (istifadəçinin, məsul şəxsin) soyadı,
adı və atasının adı
|
√
|
√
|
1
|
2
|
3
|
4
|
6.1.1.
|
abunəçinin sənədinin adı və nömrəsi
|
√
|
√
|
6.1.2.
|
abunəçinin (Azərbaycan vətəndaşının, Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və əcnəbinin) fərdi
identifikasiya nömrəsi (FİN)
|
√
|
√
|
6.1.3.
|
abunəçinin sənədinin verilmə tarixi
|
√
|
√
|
6.1.4.
|
abunəçinin vətəndaşı olduğu ölkə
|
√
|
√
|
6.1.5.
|
abunəçinin doğulduğu yer
|
√
|
√
|
6.1.6.
|
abunəçinin doğulduğu tarix
|
√
|
√
|
6.1.7.
|
abunəçinin yaşadığı ölkə
|
√
|
√
|
6.1.8.
|
abunəçinin yaşadığı şəhər və ya respublikanın rayonu
|
√
|
√
|
6.1.9.
|
abunəçinin yaşadığı şəhərin rayonu
|
√
|
√
|
6.1.10.
|
abunəçinin yaşadığı qəsəbə və ya kənd
|
√
|
√
|
|
|
|
|
6.1.11.
|
abunəçinin yaşadığı ünvanın poçt indeksi
|
√
|
√
|
6.1.12.
|
abunəçinin yaşadığı küçə
|
√
|
√
|
6.1.13.
|
abunəçinin yaşadığı kvartal
|
√
|
√
|
6.1.14.
|
abunəçinin yaşadığı ev
|
√
|
√
|
6.1.15.
|
abunəçinin yaşadığı mənzil
|
√
|
√
|
6.2.
|
Abunəçi hüquqi şəxs olduqda adı
|
√
|
√
|
6.2.1.
|
hüquqi şəxsin qeydiyyatdan keçdiyi ölkə
|
√
|
√
|
6.2.2.
|
hüquqişəxsinünvanı
|
|
|
6.2.3.
|
hüquqişəxsin VÖEN-i
|
√
|
√
|
6.2.4.
|
hüquqi şəxsin bank rekvizitləri (bankın adı, hesablaşma
hesabının nömrəsi)
|
√
|
√
|
6.2.5.
|
hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin soyadı, adı və
atasının adı
|
√
|
√
|
1
|
2
|
3
|
4
|
6.2.6.
|
hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin sənədinin nömrəsi
|
√
|
√
|
7.
|
Abunəçinin əlaqə telefonu
(o cümlədən mobil)
|
|
|
8.
|
Abunəçinin electron poçt ünvanı (əgər varsa)
|
√
|
√
|
9.
|
Dilerin adı və ünvanı
|
√
|
√
|
10.
|
Dilerin kodu
|
-
|
√
|
11.
|
Distribüterin adı və ünvanı
|
√
|
√
|
12.
|
Distribüterin kodu
|
-
|
√
|
13.
|
Müqaviləni qəbul edən şəxsin soyadı, adı, atasının adı və
telefon nömrəsi
|
√
|
√
|
14.
|
Müqaviləni qəbul edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi
|
-
|
√
|
Məlumatlar bütün rabitə
müəssisələri (operatorlar), həmçinin onların diler və
distribüterləri tərəfindən Azərbaycan dilində "UNİCOD"la yazılmalı
və təqdim edilməlidir.